Bayden: Biz birlikdə olduğumuz zaman ölkələrimiz daha güclü və dünya daha təhlükəsiz olur


ABŞ prezidenti Co Bayden Yaponiya və Cənubi Koreya ilə tarixi zirvə toplantısının keçirildiyi Kemp Deviddə önəmli açıqlamalar verib.


"Birlikdə olduğumuz üçün ölkələrimiz daha güclü və dünya daha təhlükəsizdir" - mesajını verən ABŞ prezidenti Co Bayden Cənubi Koreya prezidenti Yoon Suk-yeol və Yaponiyanın baş naziri Kişida Fumio ilə Merilend əyalətindəki Kemp Deviddə Şimali Koreyanın yaratdığı təhlükəyə qarşı üçtərəfli sammit çərçivəsində görüşüb.

ABŞ, Yaponiya və Cənubi Koreya Sakit okeanda təhlükəsizlik böhranı və ya təhdid halında bir-biri ilə məsləhətləşmə öhdəliyi ilə üç ölkəni bir araya gətirən yeni qərar qəbul edib.

Ziyarətə gələn liderlərə siyasi şücaətlərinə görə təşəkkür edən Bayden, "Bu, təkcə Kemp Deviddə ev sahibliyi etdiyim ilk sammit deyil, həm də Yaponiya, Koreya Respublikası və ABŞ liderləri arasında keçirilən ilk müstəqil zirvədir" - deyə vurğulayıb.

Üçtərəfli sammitdən əvvəl Bayden Yunla, daha sonra Kişida ilə ayrıca görüşüb.

Çinin bu səhər verdiyi açıqlamada bu gün ABŞ, Yaponiya və Cənubi Koreya liderlərini Kemp-Deviddə bir araya gətirən üçtərəfli sammit "hərbi bloklar arasındakı qarşıdurmanı Asiyaya gətirmək cəhdi" kimi qiymətləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu