ABŞ Hərbi Hava Qüvvələri Kaliforniyada ARRW hipersəs raketinin sınağını keçirib


ABŞ Hərbi Hava Qüvvələri ARRW (Havadan Atılan Sürətli Cavab Silahı) proqramı çərçivəsində mart ayından bəri hipersəs raket prototipinin ilk sınağını keçirib.


Bu barədə Amerikanın həftəlik “Defence News” nəşri ABŞ ordusuna istinadən məlumat yayıb.

Bildirilir ki, avqustun 19-da Cənubi Kaliforniya sahillərində "Boeing B-52H Stratofortress" strateji bombardmançı təyyarəsi ARRW proqramı çərçivəsində hazırlanmış AGM-183A hipersəs raketini atıb. ABŞ ordusu sınağın uğurlu olub-olmadığını dəqiqləşdirmir. Onlar əmindirlər ki, ARRW-nin imkanları haqqında dəyərli məlumatlar əldə edilib.

Mart ayında ABŞ Hərbi Hava Qüvvələrinin katibi Frenk Kendall ARRW proqramı çərçivəsində hipersəs silahlarının sonuncu sınağının uğursuz olduğunu bildirmişdi. Eyni zamanda, ABŞ müdafiə nazirinin birinci müavini Ketlin Hiks mayın 9-da Vaşinqtonda keçirilən seminarda çıxış edərək, Pentaqonun ARRW proqramını faydalı hesab etdiyinə əmin edib.

ARRW hipersəs sürüşmə qurğusu ilə təchiz edilmiş havadan buraxılan ballistik raketdir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu