Pakistanın cənub-qərbində qəbilələr arasında baş verən atışmalarda 3 nəfər ölüb


Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində Menqal qəbiləsinin qruplaşmaları arasında son bir həftə ərzində baş verən insidentdə ən azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.


Yerli "Dawn" qəzetinin məlumatına görə, qarşıdurma Vad şəhəri yaxınlığında, qəbilə ağsaqqallarının daha əvvəl əldə etdiyi atəşkəs razılaşmasına zidd olaraq baş verib. Atışmalarda minaatanlardan və qumbaraatanlardan istifadə edilib.

Vadda təhsil müəssisələri bağlanıb, nəqliyyat fəaliyyətini dayandırıb, bazar və mağazalar fəaliyyətini dayandırıb ki, bu da şəhərdə ərzaq və ilkin tələbat mallarının qıtlığına səbəb olub.

Bəlucistan ərazisində 400-ə yaxın qəbilə qrupu yaşayır, onun daxilində müxtəlif klanların hakimiyyət və nüfuzu, habelə qonşu Əfqanıstandan qaçaqmalçılıq kanallarına nəzarət uğrunda mübarizə gedir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu