Şotlandiya narkotikdən ölümə görə Avropada liderdir


Şotlandiya Avropa ölkələri arasında narkotiklə bağlı ən yüksək ölüm göstəricisinə malikdir.


AFN.az-ın xəbərinə görə, "Sky News" yerli statistikaya istinadən xəbər verir ki, indi Şotlandiyada hər gün üç nəfər narkotikdən ölür. Bu, Avropanın istənilən ölkəsi ilə müqayisədə xeyli yüksəkdir.

2022-ci ildə Şotlandiyada 1051 nəfərin narkomaniya nəticəsində öldüyü dəqiqləşdirilib. 2020-ci ildə qeyri-qanuni maddələrin qurbanı olan 1339 nəfər ölkədə vəziyyətin pik həddə çatdığı dövr olub.

25-55 yaşlı kişilər arasında ölüm halları azalıb, lakin qocalar, eləcə də qadınlar arasında ölüm halları artıb.

Şotlandiya Milli Arxivinin əhali statistikasının rəhbəri Julie Ramsey deyib ki, narkomaniyadan ölüm halları 2013-cü ildən bəri xüsusilə kəskin artıb.

Statistikaya görə, insanların çoxu bir neçə dərmanın kombinasiyası nəticəsində ölür. Eyni zamanda, kokain yeganə maddədir ki, insan ölümünə səbəbdə olan payı 2021-ci ildəki 30,3%-dən 2022-ci ildə 35,3%-ə yüksəlib.

Hər beş ölümdən dördü heroin, morfin və kodein opiatlarından ibarətdir.

2020-ci ildə Şotlandiyada narkomaniyadan 1339 nəfər ölüb ki, bu da əvvəlki ildən 75 nəfər çoxdur.

Şotlandiyada narkotik böhranı onilliklərdir davam edir, ölümlər 1980-ci illərdə artmağa başlayıb. Narkotiklərdən ölüm halları 2015-ci ildə on il əvvəllə müqayisədə iki dəfə artıb. Bu göstəriciyə görə Şotlandiya hətta ABŞ-ı da qabaqlayır.

İyul ayında İtaliyanın hüquq-mühafizə orqanlarının əməkdaşları Siciliyada təxminən 2 ton ağırlığında və 400-450 milyon avro dəyərində böyük bir kokain partiyasını məhv ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu