ABŞ və Aİ BƏƏ-dən Rusiyaya mal tədarükünü dayandırmağı tələb etmək niyyətindədir
ABŞ, Böyük Britaniya və Aİ Ukraynadakı münaqişədə Moskvaya kömək edə biləcəyi iddia edilən Rusiya Federasiyasına malların çatdırılmasını dayandırması üçün BƏƏ-yə təzyiq göstərməyi planlaşdırır.
AFN.az xəbər verir ki, bu haqda "Wall Street Journal" Amerika və Avropa rəsmilərinə istinadən yazır.
ABŞ, Britaniya və Aİ rəsmiləri bu həftə BƏƏ-yə Ukraynaya qarşı müharibədə Moskvaya kömək edə biləcək malların Rusiyaya çatdırılmasını dayandırmaq üçün birgə təzyiq göstərməyi planlaşdırır.
"Wall Street Journal"ın yazdığı kimi, Vaşinqton və Avropa paytaxtlarının rəsmiləri kompüter çipləri, elektron komponentlər və digər ikili təyinatlı malların Rusiyaya daxil olmasının qarşısını almaq üçün birgə səylər çərçivəsində bazar ertəsi günü BƏƏ-yə səfərə başlayırlar. Rəsmilər daha çox Qərb mallarının BƏƏ vasitəsilə Rusiyaya daxil olmasından ciddi narahat olduqlarını bildirirlər.