Fransada polis maşınının qarışdığı insidentdə yaralanan türk yeniyetmə beyin ölümü keçirib


Ötən gün Fransanın Elankurt şəhərində polis maşını ilə motosikletin toqquşması nəticəsində ağır yaralanan Sefa Şahin adlı türkiyəli yeniyetmənin beyin ölümü gerçəkləşib.


Paytaxt Parisdən 40 kilometr uzaqlıqdakı Elankurt şəhərində polis maşınının qarışdığı hadisədə 16 yaşlı Şahin ağır yaralanıb. Hadisə ilə bağlı iki polis məmuru saxlanılıb.

Məsələ ilə bağlı sosial media hesabından açıqlama verən ailənin vəkili Yassine Bouzrou Şahinin beyin ölümü keçirdiyini, mediada yer alan “Gənc polis maşınına vurub” iddialarını təkzib edib.

Bouzrou polisin Şahini avtomobilləri ilə izlədiyini və hadisə ilə bağlı "qəsdən adam öldürməyə cəhd" maddəsi ilə cinayət işi açacaqlarını qeyd edib.

Şahinin əmisi Nuri Şahin bildirib ki, dünən yerli vaxtla saat 18:00 radələrində qardaşı oğlu Səfa Şahinin qəzaya uğradığı yerə telefon zəngi gəlib.

Hadisənin Elankurt şəhərində bələdiyyə yaxınlığında baş verdiyini bildirən Şahin hadisə yerinə gələndə Səfanın olduğu yerdən 100 metr uzaqda saxlandıqlarını bildirib. “Bizə heç bir şəkildə yaxınlaşmağa icazə vermədilər. Səfanın ölümü gerçəkləşənə qədər orada gözlətdirdilər” - deyə əmisi qeyd edib.

Polisin hadisə yerində olan məktəb və binaların kameralarına müdaxilə etdiyini izah edən Nuri Şahin, baş verənləri hadisə şahidlərindən öyrəndiyini bildirib. O, şahidlərin ifadələrinə əsaslanaraq bildirib ki, polis maşını xəbərdarlıq etmədən motosiklet sürən qardaşı oğlunun yolunu kəsib və bu səbəbdən Səfa ön kapota çırpılıb.

İkinci polis maşınının gələrək ayağa qalxan qardaşı oğlunu vurduğunu deyən Şahin, gəncin yarım saatdan artıq yerdən qaldırılmadığını, polisin qardaşı oğluna ürək masajı etdiyini, orada olan vətəndaşın zəng etdiyini bildirib.

Qardaşı oğlunun 5 və 10 dəqiqəlik xəstəxanalar yerinə hadisə yerindən 1,5 saat uzaqlıqdakı xəstəxanaya aparıldığını deyən Şahin bəy Səfanın həyati dəstək bölməsindən çəkilməməsi üçün xəstəxana ilə mübahisə etdiklərini söyləyib.

"Hal-hazırda qardaşım oğlu beyin ölümü keçirir. Biz də qardaşım oğlunu Türkiyəyə aparmaq istəyirik. Çünki buradakı xəstəxanaya heç bir şəkildə inanmırıq. Xəstəxana indi qardaşım oğlunun fişini çəkmək istəyir" - əmisi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu