İtaliya iqlim dəyişikliyi ilə mübarizə üçün Afrikaya 3 milyard avro ayıracaq


İtaliyanın baş naziri Giorgia Meloni iqlim dəyişikliyi ilə mübarizə üçün qarşıdakı 5 il ərzində İtaliya İqlim Fondundan Afrikaya 3 milyard avro ayıracaqlarını açıqlayıb.


Paytaxt Yeni Dehlidə G20 Dövrünün Prezidenti Hindistanın ev sahibliyi etdiyi G20 Liderlər Zirvə toplantısına qatılan Meloni sammitin ilk iclasında çıxış edib.

İtaliya mətbuatında yer alan məlumata görə, Meloni, "İtaliya Afrika və Aralıq dənizi ölkələrinin enerji təhlükəsizliyini dəstəkləmək və yaşıl enerji ixracını gücləndirmək üçün qarşılıqlı faydalı tərəfdaşlıqları təşviq etmək üçün Avropa və Afrika arasında körpü olmağa can atır" ifadələrini işlədib.

Meloni, "İtaliya, İtaliya İqlim Fondunun yüzdə 70-dən çoxunu Afrikaya ayıracaq. Bu, önümüzdəki 5 ildə və iqlim dəyişikliyinə uyğunlaşma və onun təsirlərini azaltma səyləri üçün 3 milyard avro deməkdir" deyə bildirib.

Baş nazir Meloni bəyan edib ki, bu öhdəlik İtaliyanın 23 iyulda Romada keçirdiyi “Miqrasiya və İnkişaf üzrə Beynəlxalq Konfrans”da irəli sürülüb. Onun sözlərinə görə, bu, insan alveri ilə mübarizə, qanuni miqrasiya yollarının təşviqi və inkişafı əhatə edən “Roma prosesi”nin bir hissəsidir.

Meloni çıxışında Rusiyanı enerjidən şantaj vasitəsi kimi istifadə etməkdə günahlandıraraq, dünyanın bu vəziyyətin təsirləri ilə üzləşməyə davam etdiyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu