Rus gülüş ustaları İtaliyanın baş naziri Meloniyə zəng edib zarafat etdilər


İtaliyanın baş naziri Giorgia Meloniyə rusiyalı komediyaçılar zarafat zəngi ediblər.


İtaliya mətbuatında yer alan xəbərlərə görə, sentyabrın 18-də rusiyalı komediya ustaları Vladimir Kuznetsov və “Vovan&Lexus” kimi tanınan Aleksey Stolyarov tərəfindən Meloniyə zarafatla zəng edilib.

Bildirilib ki, rusiyalı komediya aktyorlarından biri telefonda özünü Afrika lideri kimi göstərərək Melonidən Fransa prezidenti Emmanuel Makronla münasibətlər və Ukraynadakı müharibə ilə bağlı bəzi açıqlamalar deməyə çalışıb.

İtaliya Baş Nazirliyi də yazılı açıqlama ilə hadisəni təsdiqləyib.

"Baş nazirin diplomatik müşaviri ofisi təəssüflənir ki, özünü Afrika İttifaqı Komissiyasının sədri kimi təqdim edən saxtakar Baş nazirlə (Meloni) danışıb", - bəyanatda deyilir.

Baş nazirlikdən verilən açıqlamada hadisənin sentyabrın 18-də, Meloninin 19-21 sentyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyalarına qatılmağa hazırlaşarkən və Afrika liderləri ilə əlaqələri gücləndirməyə çalışdığı dövrdə baş verdiyi qeyd edilib.

Bildirilib ki, rusiyalı komediyaçılar daha əvvəl İspaniyanın baş naziri Pedro Sançesə və Danimarka xarici işlər naziri Lars Lökke Rasmussenə də oxşar zarafatyana zənglər ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu