AB-dən G20 bəyanatı: Ən mübahisəli məsələ Ukrayna idi


Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 liderlər zirvəsinin son günündə Avropa Birliyi bir-birinin ardınca mühüm açıqlamalar verib.


Qurumun bəyanatında G20 sammitinin bəyannaməsinin son ana qədər dəqiqləşdirilməkdən uzaq olduğu bildirilib. Açıqlamaya görə, sammit zamanı ən mübahisəli məsələ Ukrayna olub. G20 ölkələrinin Ukraynanın ərazi bütövlüyü və suverenliyinin qorunması ilə bağlı razılığa gəldiyi vurğulanıb.

G20 sammitindən sonra Rusiyanın daha da təcrid olunduğu qeyd edilib.

Aİ Rusiyanı Qara dəniz taxıl sazişi ilə bağlı açıqlama verməməkdə də ittiham edib.

Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etməyib. Sammitdə Rusiyanı xarici işlər naziri Sergey Lavrov təmsil edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu