58 il əvvəl oğurluq etdi, 78 yaşında yaxalandı


Hindistanda 78 yaşlı şəxs 1965-ci ildə iki camış və bir dana oğurladığı iddiası ilə saxlanılıb.


“The Times of India” qəzetinin yazdığına görə, 58 il əvvəl Karnataka ştatının Bidar şəhərinin Mehakar kəndindən iki camış və bir dana oğurlanıb. Hadisəni törədənin Maharaştra ştatının Udagir şəhərindən olan 20 yaşlı Qanapati Vithal Vaqore olduğu müəyyən edilib.

Camışlar və buzovlar qısa müddətdə tapılaraq sahiblərinə qaytarılsa da, şübhəli və ya şübhəliləri yaxalamaq mümkün olmayıb.

58 ildən sonra şübhəli, hazırda 78 yaşında olan Vaqor yerli polisin açılmamış iş layihəsi çərçivəsində saxlanılıb.

Şübhəlinin daha əvvəl tutularaq məhkəməyə aparıldığını, lakin həbs qərarına baxmayaraq, qaçdığını bildirən polis, Vaqorun illərdir polislə "siçan-kişik kimi oynadığını" bildirib.

Polisin bildirdiyinə görə, yaşını nəzərə alaraq, Vagor zaminə buraxıla bilər.

Bildirilib ki, Vaqorun şərik olduğu iddia edilən, 1965-ci ildə 30 yaşında olan Krişna Çandar 2006-cı ildə vəfat edib.

Sözügedən iş Bidar polisi tərəfindən araşdırılan ən qədim iş kimi qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu