Keçmiş RAF üzvü Daniela Klette 30 ildən sonra saxlanıldı


Almaniyada ifrat solçu terror təşkilatı “Qırmızı Ordu Fraksiyası”nın (RAF) keçmiş üzvü Daniela Klette 30 ildən sonra saxlanılıb.



Klette təşkilatın üçüncü nəsil üzvlərindən biri kimi tanınır.

Bild qəzetinin təhlükəsizlik mənbələrinə əsaslanan xəbərinə görə, Baader-Meinhof Qrupu kimi tanınan Qırmızı Ordu Fraksiyasının (RAF) üzvü 65 yaşlı Daniela Klette Berlinin Kreuzberg rayonunda saxlanılıb.

Verden Prokurorluğu və Aşağı Saksoniya Ştatının Kriminal Polis Departamenti tərəfindən on illərdir axtarışda olan Klette, RAF-ın digər üzvləri Burkhard Garweg və Ernst-Volker Staub kimi təşkilatın üçüncü nəsil üzvlərindən biri kimi tanınır.

30 ildir axtarışda olan Klettenin 1993-cü ildə Hessen əyalətindəki Weiterstadt həbsxanasına edilən bombalı hücumdan məsul olduğu, eyni zamanda bir çox inkassator maşınının qarətində iştirak etdiyi bildirilir.

İfrat solçu terror təşkilatı RAF 1970-ci ildə Andras Baader, Gudrun Ensslin, Horst Mahler və Ulrike Meinhof kimi tanınmış təşkilat üzvləri tərəfindən yaradılıb. RAF 1970-1990-cı illər arasında 33 qətldə günahlandırılır.

Təşkilat üzvləri 1977-ci ildə o zamankı Federal Prokuror Ziqfrid Bubekə sui-qəsd ediblər və Drezdner Bankının prezidenti Yurgen Pontonu öldürüblər.

RAF 1998-ci ildə dağıldığını elan etsə də, təşkilatın bəzi üzvlərinin bankomatlara və bazarlara hücumlarını davam etdirdiyi bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu