Argentinada 28 saat fasiləsiz qar yağdı


Argentinada 28 saat fasiləsiz yağan qar onlarla avtomobili yolda qoyub. Las Lenas xizək zonasına getməmək barədə xəbərdarlıq edilib.


Yer kürəsinin cənub yarımkürəsində yerləşən Argentinada qar fırtınası fəsadlara səbəb olub.

Ölkənin xizək bölgəsi Las Lenasda 28 saat qar yağıb. Yollar bağlanıb, onlarla avtomobil qarda qalıb.

Los Mollesdən Las Lenasa qədər olan ərazi qardan ən çox təsirlənsə də, xizək zonası olan Las Lenasa getməmək barədə xəbərdarlıq edilib.

Meteorologiyadan verilən açıqlamada güclü qarın davam edəcəyi bildirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu