ABŞ-ın Kaliforniya ştatında fövqəladə vəziyyət elan edilib


ABŞ-ın qərbindəki Kaliforniya ştatında güclü rütubətli hava axınlarının yaratdığı “atmosfer çayı” effekti səbəbindən yaxın keçmişin ən sərt hava şəraitindən birinin baş verəcəyi barədə xəbərdarlıq edilib.



BBC-nin məlumatına görə, Santa Barbara və Los Anceles şəhərləri arasında güclü yağış və küləklər təsirli olarkən, bazar günü axşam ölkənin qərb sahillərində yerləşən Kaliforniyaya çatan fırtına nəticəsində təxminən 500 min insan işıqsız qalıb.

Milli Meteoroloji Xidmət mütəxəssisləri buxarlanan və yüksələn havanın külək tərəfindən daşındığı və yerdəki çaylar kimi səmada sıx nəmli hava axınları yaradan "atmosfer çayı" effekti ilə əmələ gələn fırtınanın səbəb olacağı ilə bağlı proqnozlarını bölüşüblər. Bölgədə 24 ilə 36 saat arası fasiləsiz yağan və bir aylıq yağıntı bu qısa müddətdə təsirli olacaq.

Çərşənbə axşamı yağış və küləyin sel, daşqın və palçıq daşqınlarına çevrilə biləcəyi barədə xəbərdarlıq edilərkən, qubernator Gavin Nyusom ştatın mərkəzində və cənubda 8 şəhərdə fövqəladə vəziyyət elan edib.

Ştat əhalisinin 94 faizinin yaşadığı ərazilərdə daşqın xəbərdarlığı edilib.

Təhlükəli və həyatı təhdid edən nəticələrə səbəb ola biləcək bir fırtına ilə üzləşdiklərini vurğulayan Nyusom, ictimaiyyətdən fövqəladə xəbərdarlıqlara və göstərişlərə diqqətli olmalarını istəyib.

Digər tərəfdən Kaliforniyanın şimal və cənubunda bəzi bölgələrdə minlərlə insan fırtınanın təsirləri görünməmiş təxliyə edilib.

Ölkənin yüksək dağlıq ərazilərində güclü qar yağacağı bildirilir.

Ötən həftə həddindən artıq yağıntı bütün ştatda təsirli olub, yüksək hissələrdə güclü külək və güclü qar yağıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu