Gürcüstan parlamenti Rusiya ilə uçuşların ləğvi ilə bağlı petisiyaya baxmaqdan imtina edib


Gürcüstan parlamenti Rusiya ilə uçuşların ləğvi ilə bağlı petisiyaya baxmaqdan imtina edib.


Bu barədə “Sputnik Georgia” məlumat verib.

Komitənin sədri David Sonqulaşvili vurğulayıb ki, Rusiyaya qarşı sanksiyalar ilk növbədə ölkə iqtisadiyyatına zərər vuracaq və onun vətəndaşlarına təsir edəcək.

“Bu qərar müxtəlif arqumentlər və mövqelərlə dəfələrlə əsaslandırılıb. Ona görə də vəsatətin öyrənilməsini və ətraflı müzakirəsini yersiz hesab edirik”, - deyə o, sənədə baxmaqdan imtina etməsini izah edib.

Mənbənin sözlərinə görə, Rusiya ilə uçuşların ləğvi və ruslar üçün viza rejiminin tətbiqi ilə bağlı petisiyanı 6084 Gürcüstan vətəndaşı imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu