Dövlət Duması whatsApp-ın Rusiyada bloklanmasına icazə verib


Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin rəhbəri Aleksandr Xinşteyn bildirib ki, whatsApp messencerində xəbər kanalları açıldıqdan sonra Rusiyada bloklana bilər.


AFN.az-ın yerli mediaya istinadən xəbərinə görə, Xinşteyn bildirib ki, əgər whatsApp həqiqətən də rusdilli informasiya kanallarını işə salsa, bu messencerə münasibətə yenidən baxmaq, hətta onu bloklamaq həddinə qədər baxmaq düzgün olar.

Deputatın sözlərinə görə, whatsApp-ın “Meta” korporasiyasına məxsus olmasıkanallarda dərc olunan məlumatların anti-Rusiya xarakterli olacağından xəbər verir.

Bundan əvvəl Dövlət Dumasının informasiya texnologiyaları komitəsi rəhbərinin birinci müavini Anton Qorelkin bildirmişdi ki, kanalların işə salınması ilə əlaqədar Rusiyada messencerə münasibət yenidən nəzərdən keçirilə bilər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu