Rəssam Bob Rossun "Rəsm sevinci" proqramında çəkdiyi ilk rəsm 9,85 milyon dollara satışa çıxarılıb


Məşhur rəssam Bob Rossun 1983-cü ildə ABŞ-ın PBS Televiziyasında "Rəsm sevinci" proqramının ilk bölümündə çəkdiyi tablo 9,85 milyon dollara satışa çıxarılıb.


CNN-in məlumatına görə, proqrama qatılan bir şəxs tərəfindən hərracda satın alınan "Meşədə gəzinti" adlı yağlı boya tablosu Ross tərəfindən 1983-cü ilin yanvarında canlı televiziya proqramında çəkilməsi ilə tanınır.

Bu il Minneapolisdə yerləşən "Modern Artifact" incəsənət qalereyasına satılan rəsm 9,85 milyon dollara yeni sahibini axtarır.

“Modern Artifact”ın sahibi Ryan Nelson son illərdə rəssamın rəsmlərinə tələbatın artdığını vurğulayaraq, “Görünür, Bob Rossun rəsmlərinə artan tələbatın arxasındakı hərəkətverici qüvvə kolleksiyaçılardır. Nostalji, sosial media və xalqın sənətin arxasında duran şəxsiyyətə artan marağı onun indiki populyarlığına səbəb olub" - deyə bildirib.

Nelson, tablonu satmağa tələsmədiklərini vurğulayıb: "Bu, həqiqətən də təkrarlana bilməyən bənzərsiz bir rəsmdir. Biz bunu bir muzey və ya səyahət sərgisi ilə paylaşmaq istərdik. Arzumuz budur ki, mümkün qədər çox insan belə maraqlı sənət əsərini görsün".

Məşhur rəssam Rossun iştirak etdiyi "The Joy of Painting" adlı proqram 1983-1994-cü illərdə PBS kanalında yayımlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu