Qustav Klimtin məşhur tablosu 53,2 milyon dollara satıldı


Avstraliyalı rəssam Qustav Klimtin dünyaca məşhur mənzərəli "Insel im Attersee" əsəri 53,2 milyon dollara hərraca çıxarılıb.


"Sotheby's" hərrac evində hərraca çıxarılan əsər rəssamın nadir mənzərə rəsmlərindən biridir. Onun Avstriyadakı Attersee gölünü təsvir etdiyi rəsm yeddi dəqiqəlik təklif yarışından sonra yapon kolleksiyaçısı tərəfindən 53,2 milyon dollara alınıb.

Eyni kolleksiyada olan belçikalı sürrealist rəssam René Maqrittenin "İşıqlar İmperiyası" tablosu 42,3 milyon dollara satılarkən, "Sotheby's" hərrac evi müxtəlif əsərlərin təklif edildiyi hərracdan cəmi 427 milyon dollar gəlir əldə etdi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu