Pikassonun “Saatlı qadın” əsəri hərracda 139 milyon dollara satılıb


İspan rəssamı Pablo Pikassonun "Saatlı qadın" tablosu Sotheby's hərracında 139 milyon dollara satılıb.

Bu barədə hərrac saytında bildirilir. Beləliklə, bu, ispan rəssamın ikinci ən bahalı rəsm əsəridir. Qeyd edilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.

Rəsm Pikasso tərəfindən 1932-ci ildə 130x97 ölçüdə kətan üzərində çəkilmişdir. Bu, rəssamın sevgilisi olaraq onu yeni əsərlər yaratmağa ruhlandıran fransız model Marie-Therese Walter-i təsvir edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu