Rusiya, Belarus və Şimali Koreya üçlü əməkdaşlıq haqqında düşünə bilər - Lukaşenko


Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putini Şimali Koreya ilə birlikdə üçlü əməkdaşlıq haqqında düşünməyə dəvət edib.


AFN.az-ın məlumatına görə, bu barədə "RİA Novosti" xəbər verib.

"Son iş günlərinizi diqqətlə izlədim. Sizi və Kim Çen Inı Şərq Kosmodromunda görmək çox xoş idi. Çünki mən özüm orada əvvəllər sizinlə birgə olmuşam. Biz üçlü əməkdaşlıq haqqında düşünə bilərik... Bilirəm ki, koreyalıların sizə böyük marağı var. Düşünürəm ki, orada mövcud problemləri nəzərə alaraq Belarus üçün bir iş olacaq", - deyə Lukaşenko Putinlə görüşdə deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu