Meşə yanğınları İtaliyanın Siciliya adasındakı yaşayış məntəqələrini təhlükə altına alıb


İtaliyanın cənubundakı Siciliya adasında dünən axşam saatlarında başlayan və gecə boyu davam edən meşə yanğınlarının bəzi yerlərdə yaşayış məntəqələrini təhdid etdiyi bildirilib.


İtaliyanın ANSA agentliyinin xəbərində Palermo şəhərinin Brankaççio hissəsindəki skrab sahəsində başlayan yanğının narahatlıq doğurduğu və bəzi sakinlərin evlərini tərk etməli olduğu qeyd edilib.

Xüsusilə Palermo əyalətinin Altofonte, Gratteri, Gibilrossa, Misilmeri, Piana degli Albanesi, Torretta və Prizzi qəsəbələrində yanğınlara müdaxilələrin davam etdiyi bildirilir.

Qeyd olunub ki, Qratteridəki ibtidai və orta məktəblərdə yanğınlar səbəbindən tədris dayandırılıb.

Bildirilib ki, yanğınlara qurudan və havadan yanğınsöndürən təyyarələr və könüllülərin köməkliyi ilə müdaxilə edilib.

İtaliya Mülki Müdafiə Agentliyi də Siciliyadakı yanğınlarla əlaqədar adanın şərqində Messina, şimalda Palermo və qərbdə Trapanidə "qırmızı təhlükə" elan edib.

Bu ilin iyul-avqust aylarında Siciliyada maki bölgələrində baş verən yanğınlar bəzi məntəqələrdə yaşayış məntəqələrinə də təsir edib və ziyan vurub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu