Paris Olimpiya Oyunlarında fransalı idmançılara hicab qadağası


Fransa idmançılarına 2024-cü ildə keçiriləcək Paris Olimpiya Oyunlarında hicab taxmaq qadağan edilib.


Fransanın idman naziri Amelie Oudea-Kastera qonaq olduğu "France 3" kanalında belə bir qadağanın qoyulduğunu açıqlayıb.

Oudea-Kastera 26 iyul - 11 avqust 2024-cü il tarixləri arasında paytaxt Parisdə keçiriləcək Olimpiya Oyunlarına qatılan Fransa komandalarının idmançılarının hicab taxa bilməyəcəklərini bildirib.

Fransalı nazir idmanda sərt “dünyəvilik rejimi”nin tətbiqinin tərəfdarı olduqlarını deyib.

Fransa Futbol Federasiyası (FFF) 2016-cı ildən hicaba icazə vermədiyi üçün “Les Hijabeuses” (Hiccablılar) kimi tanınan futbolçular cəmiyyəti bu qadağanı ləğv etmək tələbi ilə Dövlət Şurasına müraciət edib.

FFF-nin daxili reqlamentinin birinci maddəsi futbolçulara matçlar zamanı dini mənsubiyyətini göstərən geyim və ya simvol geyinməyi qadağan edir.

İyunun 29-da Danıştay qadın futbolçuların FFF matçlarında hicab geyinməsinə qadağa qoyub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu