Hindistanın Karnataka ştatında təhsil müəssisələrində hicab qadağası aradan qaldırılıb


Hindistanın cənubundakı Karnataka əyalətində 2022-ci ildən tətbiq olunmağa başlayan təhsil müəssisələrində hicab taxmaq qadağası aradan qaldırılır.



Baş nazir Siddaramaiah X sosial media platformasındakı paylaşımında hakimiyyətə hicab qadağasını qaldırmağı tapşrdğını yazıb.

Baş nazir Narendra Modinin hakim Bharatiya Janata Partiyasına (BJP) işarə edən Siddaramaiah, partiyanın cəmiyyəti görünüş, geyim və kasta əsasında böldüyünü bildirib.

Ölkənin aparıcı xəbər agentliklərindən biri olan "The Press Trust of India" yazıb ki, baş nazir Siddaramaiah ştatda hicablara qoyulan məhdudiyyətlərin dekabrın 23-də qaldırılacağını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu