28 il həbsdən sonra günahsız olduğu aşkarlandı və azadlığa çıxdı


Adam oğurluğu və zorlama ittihamı ilə 28 il həbsxanada yatmış Kaliforniya sakini günahsız olduğu aşkarlandığı üçün sərbəst buraxılıb.


1995-ci ildə Los-Ancelesdə park edilmiş avtomobildə oturan cütlüyə hücum edərək avtomobildəki qadına təcavüz etməkdə günahlandırılan Kabanillasın günahsızlığını DNT testi sübut edib.

Hadisəni yenidən araşdıran prokurorluq cinsi təcavüzlə bağlı DNT dəlillərinə əsaslanaraq zorlamanın iki fərqli təcavüzkar tərəfindən törədildiyini müəyyən edib.

Hakim 28 il həbsdə olan Kabanillasın günahsız olduğuna və onun azadlığa buraxılmasına qərar verib.

Kabanillası təmsil edən və günahsız olduğu güman edilən məhbuslara pulsuz hüquqi dəstək verən "California Innocence Project"in rəsmiləri də DNT testinin nəticələrinə görə, Kabanillasın hücumu həyata keçirən iki şəxsdən biri olmadığını bildiriblər.

Qeyd edilir ki, bir nəfər cinayəti etiraf etsə də, indiyədək hadisə ilə bağlı Kabanillasdan başqa heç kim həbs olunmayıb.

"Mən ədalət mühakiməsinin pozulmasına və hüquq sistemimizin uğursuzluğuna görə dərin təəssüf hissi keçirirəm" - deyə rayon prokuroru George Gascon bildirib və Kabanillasdan üzr istəyib.

Hadisədən sonra hücuma məruz qalan iki şəxs Kabanillasın şəklini müəyyən etsələr də, sonradan əmin olmadıqlarını və onun şəxsiyyətini müəyyənləşdirmək üçün təzyiqə məruz qaldıqlarını bildiriblər.

Maraqlıdır ki, Kabanillas cütlüyə hücum edən iki silahlıdan biri olduğunu etiraf edərək günahı öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu