ChatGPT indi ən son məlumatlardan istifadə edə biləcək


Süni intellektli söhbət robotu ChatGPT-nin artıq real vaxt məlumatlarına daxil ola biləcəyi açıqlanıb.


OpenAI tərəfindən işə salınan ChatGPT yalnız 2021-ci ilin sentyabr ayına qədər olan məlumatları cavablarına daxil edə bilərdi. Başqa sözlə, robotun məlumat bazası 2021-ci ilin sentyabrında və ondan əvvəl internetə daxil edilmiş məlumatlardan ibarət idi.

Bu gündən etibarən robotun “premium” istifadəçiləri suallarına real vaxt rejimində cavab ala biləcəklər.

Başqa sözlə, bu istifadəçilər artıq chatbotdan cari hadisələrlə bağlı sual verə və xəbərləri buradan izləyə biləcəklər.

Çatbotun pulsuz GPT-3.5 versiyasında ən son məlumatlara daxil olub-olmadığını soruşduqda, o, "Bağışlayın, mənim məlumatların kəsilmə tarixinə 2021-ci ilin sentyabr ayına qədər məlumatlar daxildir və bu tarixdən sonra yeniləmələrə çıxışım yoxdur" - deyə cavab verirdi.

OpenAI, yenilənmiş məlumat funksiyasının tezliklə bütün istifadəçilər üçün əlçatan olacağını bildirib.

Bu həftənin əvvəlində verdiyi açıqlamada şirkət səsli söhbət xüsusiyyətinin tezliklə ChatGPT-ə əlavə ediləcəyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu