Yaponiya və Şimali Koreya liderləri görüşə bilərlər
Yaponiyanın xarici işlər naziri Kamikava Yoko Yaponiya və Şimali Koreya liderləri arasında zirvə görüşünün təşkili üçün diplomatik səylərə rəhbərlik edəcəyini açıqlayıb.
Nazir Kamikava açıqlamasında baş nazir Kişida Fumionun sentyabr ayında Şimali Koreya lideri Kim Çen Inla ilkin şərt olmadan görüşməyə hazır olduğu barədə bəyanatını xatırladıb.
Kişida Fumio və Kim Çen In arasında mümkün zirvə təşkili ilə bağlı Yaponiyalı nazir, "Zirvənin ən qısa zamanda keçirilməsi üçün diplomatik səylərə rəhbərlik edəcəyəm" deyib.
Kamikava vurğulayıb ki, ikitərəfli münasibətlərdə yeni eranın qapısını açmaq və Şimali Koreya ilə həll olunmayan problemləri həll etmək üçün səy göstərəcəklər.
Kişidanın Şimali Koreya lideri ilə ilkin şərt olmadan üz-üzə görüşmək istəyinə diqqət çəkən Kamikava, saxlanılan yaponların geri qaytarılması çalışacaqlarını da qeyd edib.
Rəsmi "Kyodo" xəbər agentliyinin məlumatına görə, 1960-1970-ci illərdə 17 yapon Şimali Koreya tərəfindən saxlanılıb və onlardan 5-i Yaponiyaya geri göndərilib.
Şimali Koreya rəhbərliyi 2002-ci ildə verdiyi açıqlamada əvvəlki illərdə qaçırılan 13 yapon vətəndaşından 5-nin Yaponiyaya qayıtdığını, digərlərinin isə öldüyünü açıqlamışdı.