İsraili ordusu Livan ərazisindən hücum edən pilotsuz təyyarəni vurdu - FOTOLAR


Bu gün İsrail ərazisi Livandan pilotsuz uçuş aparatları ilə hücuma məruz qalıb. Xüsusilə, sərhədə yaxın yerləşən Safed şəhərinə hücum cəhdləri olub.


Artıq internetdə Livan ərazisindən ölkəyə hücum edən pilotsuz təyyarələrə qarşı İsrailin hava hücumundan müdafiə əməliyyatlarının görüntüləri yayılıb.

Bəzi məlumatlara görə, İsrail silahlı qüvvələrinin “Patriot” hava hücumundan müdafiə sistemi Livandan uçan pilotsuz təyyarələrə qarşı fəaliyyət göstərir.



Göründüyü kimi, Livanın cənub bölgələrində yerləşən iranpərəst Hizbullah hərəkatı İsrail ərazisinə doğru pilotsuz uçuş aparatları atmağa başlayıb.

Bundan əvvəl Hizbullah Livan-İsrail sərhədindəki Şebaa ferması ərazisində İsrail ordusunun üç mövqeyini minaatanlardan atəşə tutub.



Dünən Qəzza zolağından HƏMAS hərəkatının İsrailə hücumundan sonra Hizbullah da ölkə hakimiyyətinin Qəzzada qurudan hərbi əməliyyat keçirəcəyi təqdirdə İsrailə qarşı hərbi əməliyyatlara başlayacağını vəd edib. İsrailin Qəzza zolağındakı hədəflərə qarşı hava hücumlarını davam etdirməsi və göründüyü kimi bölgəyə qurudan hücuma hazırlaşması ilə Hizbullah İsrail sərhədində daha şiddətli döyüşlərə başlaya bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu