Hizbullah iyulun 8-dən bəri İsrailin Livan sərhədində itkilərini açıqlayıb
Livandakı Hizbullah Təşkilatı ölkənin cənub sərhədindəki əməliyyatlarda 120 İsrail əsgərini vurduqlarını, 9 tankı məhv etdiklərini və bir pilotsuz uçuş aparatını vurduqlarını açıqlayıb.
Livanın Hizbullaha yaxın Əl-Mənar televiziyası İsrail ordusu ilə 23 gündür davam edən toqquşmalarla bağlı məlumatların yer aldığı infoqrafika dərc edib.
Buna uyğun olaraq, Hizbullah oktyabrın 8-dən bəri İsrailə qarşı 105 hücum həyata keçirib. Hücumlarda kəşfiyyat, rabitə, siqnal tıxanma sistemləri və 33 radar hədəfə alınıb. Əsgərləri daşıyan iki maşın, iki Hummer və 9 tank sıradan çıxarılıb, 120 İsrail əsgəri hədəfə alınıb. Bundan əlavə, 105 hərbi obyekt vurulub, 69 rabitə sistemi dağıdılıb, 140 təhlükəsizlik kamerası və 17 tıxac sistemi partladılıb.
Bir pilotsuz təyyarənin vurulduğu əməliyyatlar sayəsində İsrailin şimalındakı 28 yəhudi yaşayış məntəqəsi boşaldılıb və 65 min insan daxili bölgələrə getməyə məcbur olub.