"Hizbullah" İsrailin itkilərini açıqladı


"Hizbullah" hərəkatının teleqram kanalı son 23 gündə İsrailin Livanla sərhəddə verdiyi itkilərin siyahısını dərc edib.



AFN.az xarici KİV-ə istinadən xəbər verir ki, hərəkat 120 İsrail əsgərinin həlak olması və yaralanmasını qeyd edib.

Bundan əlavə, “Hizbullah” silahlıları doqquz tank, iki “Hummer” və iki zirehli transportyorun məhv edildiyini bildirib.

Qeyd olunub ki, bir İsrail pilotsuz təyyarəsi, 17 elektron müharibə sistemi və 27 casus sistemi məhv edilib.

Məlumata görə, 23 gün ərzində “Hizbullah” İsrail ordusunun mövqelərinə 105 dəfə hücum edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu