ABŞ Daxili Gəlir Xidmətindən Microsoft-a 29 milyard dollar əlavə vergi


Microsoft, ABŞ Daxili Gəlir Xidmətindən (IRS) 28,9 milyard dollar əlavə vergi ödəməsi üçün bildiriş aldığını açıqlayıb.



Microsoft ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) 2004-2013 vergi dövrü üçün IRS-dən bildiriş aldığını elan edib.

Açıqlamada bildirişin şirkətin mənfəətini müxtəlif ölkələr və bölgələr arasında necə bölüşdürdüyünü yoxlamaq üçün IRS ilə davam edən mübahisə ilə bağlı olduğu və bu çərçivədə IRS-in Microsoft-dan cərimə və faizlərə əlavə olaraq 28,9 milyard dollar vergi ödəməsini tələb etdiyi qeyd edilib.

Microsoft-un IRS-in əlavə vergi tələbi ilə razılaşmadığı və lazım gəldikdə vəziyyətlə bağlı məhkəmə orqanlarına müraciət ediləcəyi bildirilib.

Açıqlamada Microsoft-un ABŞ-da və dünyada hər zaman IRS qaydalarına əməl etdiyi və vergilərini ödədiyi vurğulanıb və 2004-cü ildən bu yana ABŞ-a 67 milyard dollardan çox vergi ödəndiyi qeyd edilib, şirkətin 30 Sentyabr tarixinə gəlir vergisi ehtiyatlarının kifayət qədər olduğu vurğulanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu