ABŞ-da beyin ölümü diaqnozu üçün yeni təlimat hazırlanıb


ABŞ-da dörd tibb assosiasiyası həkimlər üçün beyin ölümünün baş verib-vermədiyinə qərar vermək üçün yeni təlimat hazırlayıb.


Amerika Nevrologiya Akademiyasından (AAN) verilən açıqlamada təlimatın Amerika Pediatriya Akademiyası (AAP), Uşaq Nevrologiya Cəmiyyəti (CNS), Kritik Baxım Tibb Cəmiyyəti (SCCM) və AAN tərəfindən hazırlandığı bildirilib.

Qeyd edilib ki, beyin ölümü diaqnozunun ABŞ və digər ölkələr arasında fərqli olduğu və xəstəxanalara ümumi diaqnozun qoyulması üçün yeni təlimatın əsas kimi istifadə edilməsi tövsiyə edilib.

Yeni təlimata əsasən, həkimlər beyin funksiyasını bərpa etmək ehtimalı olmayan, reaksiya verə bilməyən və təkbaşına nəfəs ala bilməyən insanlara beyin ölümü diaqnozunu qoya biləcəklər.

Filadelfiya Uşaq Xəstəxanasından Dr. Metyu Kirşen qeyd edib ki, əvvəllər böyüklər və uşaqlar üçün beyin ölümünü təyin etmək üçün iki ayrı təlimat var idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu