İlon Maskın beyin çipləri istehsal edən firması insan üzərində eksperiment aparacaq


ABŞ-lı iş adamı İlon Maska məxsus Neuralink, beyin çipi layihəsini insanlar üzərində sınaqdan keçirməyə başlamaq üçün ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə aldığını açıqladı.


BBC-nin xəbərinə görə, Neuralink sosial media hesabında beyin çipi layihəsinin FDA tərəfindən təsdiqlənməsi "bir gün çox insana kömək edəcək mühüm addım" olaraq xarakterizə edilib.

Açıqlamada, Neuralink komandasının FDA ilə sıx əməkdaşlığı sayəsində təsdiq aldığı və eksperimental mərhələ üçün müraciət üçün lazımi məlumatların veriləcəyi bildirilib.

Neuralink şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji pozğunluqları müalicə etməyi, əlillərin həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.

Qeyd edilib ki, daha əvvəl meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.

Digər tərəfdən mütəxəssislər xəbərdarlıq edirlər ki, Neuralink-in beyin implantları ilə bağlı ilkin tədqiqatlar mümkün texniki və təhlükəsizlik problemləri nəzərə alınmaqla daha diqqətlə və əhatəli şəkildə aparılmalıdır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu