Şimali Koreya qlobal qeyri-sabitlikdə ABŞ-ı günahlandırıb


Dünyadakı qeyri-sabitlik ABŞ hakimiyyətinin nüvə hegemonluğu istəyindən qaynaqlanır.


AFN.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu fikri Şimali Koreya Xarici İşlər Nazirliyinin Silahsızlanma və Sülh İnstitutunun əməkdaşı Kim Qvan Myonq səsləndirib.

Onun sözlərinə görə, Amerika rəhbərliyi nüvə müdafiə qabiliyyətini gücləndirmək adı altında başqa ölkələrə hücum etməyə hazırlaşır. “ABŞ-ın hegemon intriqaları və müdaxiləsi nəticəsində dünyanın bütün guşələrində, o cümlədən Avropa və Yaxın Şərqdə sülh və sabitlik ciddi şəkildə pozulur”, - deyə diplomat qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu