İranda 5,6 bal gücündə zəlzələ baş verib


İranın Hörmüzqan əyalətinin Fərqan rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.



Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Hörmüzqan əyalətinin Fərqan rayonunda olan 5,6 bal gücündə zəlzələ yerli vaxtla saat 08.39-da qeydə alınıb.

Zəlzələnin yerin 10 kilometr dərinliyində baş verdiyi bildirilsə də, can və mal itkisinin olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu