İsrail: Misirdən Qəzzaya humanitar yardımın çatdırılmasına mane olmayacağıq


İsrail Misir üzərindən blokada altında olan Qəzza zolağının cənubuna humanitar yardımın çatdırılmasına mane olmayacaqlarını açıqlayıb.


İsrail Baş Nazirinin Mətbuat İdarəsindən verilən açıqlamada bildirilib ki, hökumətin Genişləndirilmiş Təhlükəsizlik Kabineti ABŞ prezidenti Co Baydenin əsas humanitar yardım tələbi fonunda yekdilliklə qərar qəbul edib.

Bəyanatda ilk olaraq qeyd olunub ki, Qəzzadakı israilli məhbuslar geri qaytarılmasa, İsrail öz ərazisindən Qəzza zolağına heç bir humanitar yardım göndərilməsinə icazə verməyəcək.

İkincisi, bəyanatda Qırmızı Xaç təşkilatından israilli məhbuslara baş çəkməyi xahiş olunub.

Bəyanatda üçüncü və son olaraq Qəzzaya humanitar yardımla bağlı aşağıdakı qərarın alındığı bildirilib:

“Prezident Baydenin tələbinə uyğun olaraq, İsrail Qəzza zolağının cənubundakı və ya evakuasiya edilən mülki əhaliyə Misirdən gələn humanitar yardımın qarşısını almayacaq, bir şərtlə ki, bu yardım yalnız qida, su və dərmandan ibarət olsun və HƏMAS-a çatdırılmasın. “HƏMAS-a çatan istənilən material bloklanacaq” - deyə sənəddə bildirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu