ABŞ Qəzza zolağında xəstəxananı kimin vurduğunu açıqladı - RƏSMİ
ABŞ kəşfiyyatı Qəzza zolağında xəstəxananı kimin vurduğunu açıqlayıb.
AFN.az dünya KİV-lərinə istinadən xəbər verir ki, ABŞ Senatının Kəşfiyyat üzrə Seçilmiş Komitəsinin sədr müavini Marko Rubio Qəzza zolağında xəstəxanaya edilən və 1000-dən çox sakinin ölümü ilə nəticələnən hücumun arxasında İsrailin olmadığını bildirib.
Rubio qeyd edib ki, kəşfiyyat məlumatlarına əsasən, havadan çəkilmiş fotoşəkillər və iki HƏMAS üzvü arasında İslami Cihad raketinin səhvən atıldığını barədə etiraflar Əl-Əhli xəstəxanasına hücumun arxasında İsrailin olmadığını göstərir.
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə bu barədə danışıb: “Gördüklərimə əsasən, bunu siz yox, digər komanda edib”.
Qeyd edək ki, Qəzza zolağında xəstəxanaya hücum oktyabrın 17-də baş verib.
AFN.az