Azərbaycanda kişilər qadınlardan daha çox intihar edir


Pandemiya dönəmindən və 2-ci Qarabağ müharibəsindən sonra intiharlarda artım özünü göstərir.



AFN.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatında əksini tapıb.

Qeyd edilib ki, burada müharibə sonrası travmaların da rolu var. İntihar edənlərin gender balansı da Azərbaycanda dünya ortalamasından kəskin şəkildə fərqlənir: “Azərbaycanda 2015-ci ildə hər 1 qadına nisbətdə 4,82 kişi intiharı qeydə alınıb ki, bu da qadınlara nisbətdə kişilərin 5 dəfəyə yaxın çox intihar etdiyini göstərir. Bu statistika qlobal statistikada intihar edən kişi-qadın nisbətindən 2,2 dəfə çoxdur.

İntiharla ölüm faktı regional statistikada da yüksəlib. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ildə Avropada 50 ölkə arasında ən aşağı intihar sayı olan ölkə kimi göstərdiyi Azərbaycan 2019-cu il statistikasında 4 pillə geriləyib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu