Meksikada “Otis” qasırğası 27 nəfərin ölümünə səbəb oldu


İlkin hesablamalara görə, Meksikada “Otis” qasırğası nəticəsində 27 nəfər ölüb.


Meksika Təhlükəsizlik Naziri Rosa Icela Rodriguez, 5-ci kateqoriyaya yüksələn və "dağıdıcı ola biləcəyi" xəbərdarlığı edilən "Otis" qasırğası səbəbiylə ilkin tapıntılara görə 27 nəfərin həyatını itirdiyini, 4 nəfərin isə itkin düşdüyünü açıqlayıb.

Qasırğa nəticəsində on minlərlə insanın evi ziyan görüb, yaşayış məntəqələri işıqsız qalıb.

“Otis” qasırğası ölkənin cənubundakı sahilyanı Akapulko şəhərinə çatıb.

Quruya dəyən qasırğanın təsiri ilə yağışlar artdıqca, insanlar qasırğa xəbərdarlığı çərçivəsində çimərlikləri boşaldıb.

Qerrero ştatı qasırğanın mümkün dağıdıcı təsirlərinə qarşı 396 müvəqqəti sığınacaq yaratmaq üçün işlərə başlanıldığını açıqlayıb.

Axtarış-xilasetmə tədbirləri çərçivəsində bölgəyə Meksika ordusu və donanmasından 8 mindən çox əsgər göndərilib, bölgədəki limanlar müvəqqəti olaraq bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu