“Yeni Çağ” Media Qrupu ilə TİMBİR və “Birlik” İnformasiya Agentliyi arasında anlaşma imzalandı - FOTOLAR+VİDEO


“Yeni Çağ” Media Qrupu ilə Türkiyə İnternet Media Birliyi (TİMBİR) və “Birlik” İnformasiya Agentliyi arasında əməkdaşlıq protokolu imzalanıb.



AFN.az xəbər verir ki, protokol “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər ilə TİMBİR və “Birlik” İnformasiya Agentliyinin rəhbəri Süleyman Basa tərəfindən imzalanıb.

İmzalanma törənində qeyd olunub ki, Azərbaycanın öz əraziləri üzərində suverenliyini tam bərpa etməsindən sonra yaranmış mövcud şəraitdə Azərbaycanla Türkiyə arasında əməkdaşlıq müstəvisində yeni imkanların meydana gəlməsi, iki qardaş ölkənin ümumi maraqlarının və birgə mənafelərinin qorunmasında yeni çağırışların aktuallaşması media və QHT sektorunda fəallığın artırılmasını şərtləndirir.

Bu amilləri nəzərə alaraq, iki qardaş ölkənin ictimai rəyinin dövlət maraqlarından irəli gələn tələblərə uyğun formalaşdırılmasında birgə səylərin gücləndirilməsi məqsədilə “Yeni Çağ” Media Qrupu ilə TİMBİR və “Birlik” İnformasiya Agentliyi arasında imzalanan protokol mühüm əhəmiyyət kəsb edir.

İmza mərasimindən sonra çıxış edən Süleyman Basa bildirib ki, imzalanan protokol Azərbaycan və Türkiyənin media quruluşlarının əməkdaşlığının genişlənməsinə mühüm töhfə verəcək.

“Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər öz növbəsində qeyd edib ki, Azərbaycan və Türkiyə media quruluşlarının, o cümlədən, ictimai təşkilatlarının yeni reallıqlara əsaslanan əməkdaşlıq modelinə keçmələri qaçılmazdır və bu protokol işbirliyi imkanlarını xeyli genişləndirəcək.

İmza mərasimindən sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.














AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu