ABŞ və Kanada hərbi gəmiləri Tayvan boğazından keçib


ABŞ və Kanada donanmasına məxsus iki hərbi gəmi Tayvan boğazından keçib.



ABŞ-ın Sakit Okeandakı 7-ci Donanması tərəfindən verilən açıqlamada, "Arleigh Burke" sinif idarə olunan raketləri daşıyan USS Rafael Peralta esminesi və Kanada Kral Donanmasının "Halifax" sinifli Ottowa freqatı noyabrda Tayvan boğazından müntəzəm olaraq keçib.

Açıq dənizdə üzmə və üzmə azadlığının qüvvədə olduğu sulardan keçidin beynəlxalq hüquq normalarına uyğun olduğu, gəmilərin heç bir ölkənin ərazi sularında olmayan dəhlizdən istifadə etdiyi vurğulanıb.

“USS Ralph Johnson və HMCS Ottowa gəmilərinin Tayvan boğazından keçməsi Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə azad və açıq Hind-Sakit Okeana sadiqliyini nümayiş etdirir”, - bəyanatda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu