Bild: "Xorvatiyanın xarici işlər naziri AB sammitində Berboku öpmək istəyib"


Xorvatiyanın xarici işlər və Avropa işləri naziri Qordan Radman cümə axşamı Berlində keçirilən Aİ nazirlərinin sammitində Almaniyanın xarici işlər naziri Annalena Barboku öpməyə cəhd edib.



Bu barədə Bild qəzeti xəbər verib.

Nəşr zirvədən yayılan fotoya istinadən yazır ki, Radman əvvəlcə alman həmkarının əlindən tutub, daha sonra Barbokun dodaqlarından öpmək istəyirmiş kimi hərəkət edib. Lakin Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri vəziyyətdən tez yayına bilib.

“Bild” xəbər verir ki, bu hadisə əslində Xorvatiyanın xarici işlər nazirinin fotosessiyaya gecikdiyi üçün baş verib. Radman bu yolla həmkarını salamlamaq istəyib, çünki bu vaxta qədər bütün nazirlər artıq bir-birini salamlayıblar.

Qeyd olunur ki, o, artıq Berbokdan üzr istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu