Braziliyada donuz fermasında yeddi ton narkotik maddə olan bunker tapılıb


Braziliyanın Parana ştatının federal və hərbi polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə əməliyyatı zamanı kənddə içərisində 7 tondan çox marixuana, həmçinin tüfəng və sursat olan bunker aşkarlayıb.


“Donuz fermasının yeraltı bunkerində külli miqdarda marixuanaya oxşar narkotik maddə aşkar edilib ki, onların ümumi çəkisi çəkildikdən sonra təxminən 7235 kq təşkil edib. Həmçinin iki 7,62 kalibrli tüfəng və 5,56 kalibrli tüfəng, 257 7,62 kalibrli və 400 5,56 kalibrli patron ələ keçirilib”, - deyə Parana Hərbi Polisinin saytındakı açıqlamada deyilir.

Axtarış zamanı fermanın ərazisində heç kim olmayıb. Lakin ferma silahla dolu olub, döyüş sursatı isə taktiki çantalara yığılıb. Hadisə yerində tapılan sayrışan işığı olan “Toyota” markalı avtomobil də federal polisə təhvil verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu