Bayden İrana qarşı sanksiyaları bir il müddətinə uzatdı


ABŞ prezidenti Co Bayden ABŞ-ın Tehrandakı səfirliyində 1979-cu ildə girov böhranına cavab olaraq elan edilmiş və İrana qarşı sanksiyaların hüquqi əsasını təşkil edən milli fövqəladə vəziyyətin müddətini uzadıb.



Bu barədə Ağ Evdən məlumat verilib.

“İranla münasibətlərimiz hələ də normallaşmayıb və İranla 1981-ci il yanvarın 19-da imzalanmış müqavilələrin icrası prosesi davam edir. Bu səbəbdən 1979-cu il noyabrın 14-də elan edilmiş milli fövqəladə vəziyyət və bu günə qədər görülən cavab tədbirləri 14 noyabr 2023-cü il tarixindən sonra da qüvvədə qalmalıdır”, - deyə Bayden bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu