ABŞ Əhmədinejada və İranın Kəşfiyyat Nazirliyinə sanksiya tətbiq edib


ABŞ prezidenti Co Bayden İranın keçmiş prezidenti Mahmud Əhmədinejada və İranın Kəşfiyyat Nazirliyinə qarşı sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.


Bayden İranla əldə etdikləri məhbus mübadiləsi razılaşması çərçivəsində ölkədə saxlanılan 5 ABŞ vətəndaşının sərbəst buraxılmasının ardından yazılı açıqlama yayıb.

“Bu gün İranda saxlanılan beş günahsız amerikalı nəhayət vətənə qayıdır” - deyən Bayden qeyd edib ki, Siyamek Namaz, Murad Tahbaz və İmad Şarkı və şəxsiyyətlərinin açıqlanmasını istəməyən 2 nəfər ABŞ-a qayıdacaq.

Bayden məhbusların ABŞ-a qayıtmasına kömək edən tərəfdaşlarına, o cümlədən Qətər, Oman, İsveçrə və Cənubi Koreyaya minnətdar olduğunu bdeyib və Qətər əmiri Şeyx Təmim bin Hamed Al Tani və Oman Sultanına xüsusi təşəkkürünü bildirib.

Bayden 2007-ci ildə İranda yoxa çıxan Federal Təhqiqat Bürosunun (FTB) keçmiş əməkdaşı Robert Levinson haqqında da danışaraq "İran rejimini Levinsonun başına gələnlərlə bağlı açıqlama verməyə çağırıram" - deyə qeyd edib.

"Bu gün biz keçmiş (İran) prezidenti Mahmud Əhmədinejad və İranın Kəşfiyyat Nazirliyinə (ABŞ vətəndaşlarının) qanunsuz həbslərindəki rollarına görə Levinson Aktı çərçivəsində sanksiyalar tətbiq edirik".

“Bölgədəki təxribatçı hərəkətlərinə görə” İrana təzyiqləri davam etdirəcəklərini qeyd edən Bayden bütün amerikalıları İrana səyahət riskləri barədə də xəbərdar edib: "Amerika pasportu olanlar ora getməməlidir".

Bayden Rusiya, Venesuela, Suriya kimi dünyanın müxtəlif yerlərində hələ də bir çox insanın haqsız yerə həbs edildiyinə diqqət çəkib.

ABŞ prezidenti girov götürülən və ya haqsız yerə həbs edilən hər bir amerikalının ölkəyə qayıtması üçün səylərini davam etdirəcəklərini vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu