İsrail həbsxanalarında fələstinli məhbusların kütləvi köçürmə əməliyyatları sürətlənib
İsrail Həbsxanalar İdarəsinin aralarında Məhbus Hərəkatı liderlərinin də olduğu məhkumların müxtəlif yerlərə kütləvi şəkildə köçürülməsini artırdığı açıqlanıb.
Fələstin xəbər agentliyi WAFA-nın verdiyi məlumata görə, bu barədə Fələstin hökumətinə bağlı rəsmi qurum olan Məhbuslar Dərnəyi və qeyri-hökumət təşkilatı Məhbuslar Klubunun açıqlamasında bildirilir.
Köçürmələr zamanı təqiblərin davam etdiyi və həyatının çox hissəsini həbsxanada keçirən fələstinli Nail əl-Berqusinin də müxtəlif təzyiqlərə məruz qalanlar arasında olduğu qeyd edilib.
34-ü fasiləsiz olmaqla 44 il həbsdə olan 66 yaşlı Berqusinin daşınma zamanı yaralı hücuma məruz qaldığı bildirilir.
Hər iki qurumdan verilən açıqlamada, oktyabrın 7-dən sonra fələstinli məhbusların həbsxanadakı şöbələr arasında, fərqli həbsxanalara daşınması və ya təkadamlıq kameraya salınması kimi əməliyyatlarda şiddətləndiyi vurğulanıb.
Məhkumlar Klubunun məlumatlarına görə, oktyabrın 7-dən sonra İsrail qüvvələri tərəfindən evlərə basqınlar və nəzarət-buraxılış məntəqələrində saxlanılan fələstinlilərin sayı 2470-ə yüksəlib.