Lukaşenko Latviya ilə münasibətlərdən danışıb


Belarus prezidenti Aleksandr Lukaşenko Latviya xalqını Latviya Respublikasının elan edilməsinin 105-ci ildönümü münasibətilə təbrik edib, qonşularla münasibətlər bahasına deyil, dövlətçiliyin möhkəmlənməsini arzulayıb.



Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Lukaşenko bildirib ki, Belarus Latviya sakinləri üçün ölkəyə vizasız giriş imkanını açıb. Onun sözlərinə görə, Minsk Riqa ilə humanitar və işgüzar əlaqələri dəstəkləyib. “Mən səmimi qəlbdən Latviya xalqına sülh, perspektivlər və qonşularla münasibətlər bahasına deyil, dövlətçiliyi möhkəmləndirmək imkanları arzulayıram”, - deyə siyasətçi bildirib.

O xatırladıb ki, iki xalqı qədim zamanlardan hörmətli və mehriban münasibətlər birləşdirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu