Hollandiyada partiya liderini pivə şüşəsi ilə vurdular


İfrat sağçı Hollandiya populist Demokratiya Forumu partiyasının lideri Tiery Bode Hollandiyada keçirilən ümumi seçkilər ərəfəsində hücuma məruz qalıb və başına pivə şüşəsi ilə zərbə endirilib.



Bu barədə Bloomberg məlumat yayıb.

Partiya nümayəndələri bildiriblər ki, Bode Xroninqen şəhərində xəstəxanaya aparılıb və başının arxası və gözü əməliyyat olunub.

Qeyd olunur ki, hücum anı videoya çəkilib, sonradan internetdə yayılıb. Hollandiya polisinin sözçüsü Tijs de Jong, hücumda əli olmaqda şübhəli bilinən bir nəfərin həbs edildiyini və hadisənin motivinin araşdırıldığını bildirib.

Bodenin müttəfiqləri əlavə ediblər ki, başqa bir şəhərdə seçkiyə iki gün qalmış planlaşdırılan tədbir partiya liderinin sağlamlığı və təhlükəsizliyi səbəbindən ləğv edilib.

Bundan əvvəl oktyabrın sonunda Ukraynaya hərbi yardımı tənqid edən və buna qarşı çıxan Bode Belçikada da hücuma məruz qalıb. O, mühazirə oxumalı olduğu Gent Universitetinin girişinin yaxınlığında başından vurulub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu