ABŞ rəsmisi: İsrail gəmisi İran PUA-sı tərəfindən vurulub
İsrailli milyarderlərdən birinə məxsus konteyner gəmisinə İrana aid olduğu ehtimal edilən pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücum edilib.
Adının açıqlanmasını istəməyən ABŞ müdafiə rəsmisi "Associated Press"ə verdiyi açıqlamada israilli milyarderə məxsus Malta bayraqlı gəminin beynəlxalq sularda üzərkən İran istehsalı olan “Şəhid-136” tipli PUA-nın hədəfə alınmasından şübhələndiyini bildirib.
PUA-nın partladığını və gəmiyə zərər verdiyini bildirən rəsmi, gəmi heyətindən heç kimin xəsarət almadığını qeyd edib.
Vəziyyəti yaxından izləməyə davam etdiklərini bildirən ABŞ rəsmisi, hücumun arxasında İranın dayandığını qiymətləndirmələrinin səbəbini açıqlamaqdan çəkinib.