Borrell İsrail üçün ən yaxşı təhlükəsizlik təminatını açıqlayıb
Fələstin dövlətinin yaradılması və onun Qəzza zolağına nəzarəti İsrail üçün təhlükəsizliyin ən yaxşı təminatıdır.
Bu barədə Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Xosep Borrel “Financial Times” qəzetinə yazdığı məqalədə bildirib.
Onun fikrincə, Qəzzanın bütün regionda sabitliyi poza biləcək nəzarətsiz silahlı qrupların əlinə keçməsinin qarşısını almaq üçün bu ərazi öz xalqını təmsil edən dövlət tərəfindən idarə olunmalıdır.
Borrell həmçinin Fələstin Muxtariyyətini zəiflətməkdən çəkinməyin vacibliyini vurğulayıb.