Ukraynaya yeni yardım paketindən imtina edilərsə Rusiya cəzasız hərəkət edə bilər - Blinken


ABŞ Senatı Ukraynaya yeni yardım paketini təsdiq etməsə, bu, "Pandora qutusunu açacaq".


TASS xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, Vaşinqton Kiyevin uğur qazanmasını, Moskvanın isə uğursuzluğa düçar olmasını təmin etməlidir. Diplomat əmindir ki, Amerika tərəfi Ukraynaya yardım etməsə, Rusiya cəzasız hərəkət edə bilər. "Bu, bütün dünyada Pandoranın təcavüz qutusunu açacaq" deyə, nəticələr barədə xəbərdarlıq edən Blinken əlavə edib ki, Senatın yardımı təsdiq etməsi İsrail üçün də vacibdir.

ABŞ Senatı dekabrın 11-dən gec olmayaraq ABŞ prezidenti Co Baydenin Ukrayna, İsrail və digər milli təhlükəsizlik məqsədlərinə yardım paketi tələbinə səs verməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu