BMT Təhlükəsizlik Şurasının veto hüququ ağılasığmaz hala gəlib - keçmiş baş nazir


Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) veto hüququ ağılasığmaz hala gəlib.


Bunu İordaniyanın keçmiş baş naziri Aun Şövkət əl-Hasavne bildirib. Beynəlxalq ictimaiyyətin Qəzzada mövcud vəziyyəti yaxşılaşdırmaq üçün bir çox aydın addımlar olduğunu deyən Əl-Həsavne, Birləşmiş Ştatların Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsinə BMT Təhlükəsizlik Şurasında veto qoymasını tənqid edib.

Əl-Həsavne ABŞ və İngiltərəni rəftarlarına görə tənqid edərək, “Beynəlxalq hüquq sisteminin bir çox cəhətdən ən böyük təminatçısı Qəzzada bu qədər qan tökülərkən baş katib və dünya dövlətlərinin əksəriyyətinin imzaladığı atəşkəsdir. Təsəvvür edin ki, o dövlətlər Şuradakı səlahiyyətlərindən istifadə edərək çağırışı dayandırdılar. Bu, ağılasığmazdır" - deyə bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu